03/06/2024
"Təbiət ən yaxşı rəssamdır" deyənlər üçün!
Bu daş "dendritic agate" adlanır. Yunanca ağac mənası verən "dendron" sözündən alır adını. Səbəbi isə daşın daxilində olan mineral oksidlərin ağac və budaq formasında təbii şaxələnərək özünəməxsus və təkrarolunmaz forma və tekstura yaratmasıdır.
Bir müddət əvvəl bu daşı paylaşıb sorğu keçirtdim və əksəriyyətiniz kulon hazırlamağımı istədiniz. Mən isə öz növbəmdə kulonu hazırlayarkən sadəcə daşın öz təbii gözəlliyini ön plana çıxartmağa çalışıb, onu bir rəsm əsəri tək sadəcə çərçivəyə aldım. Bu cür gözəlliyin isə qızıl çərçivəyə layiq olduğunu düşünərək 750 əyar sarı qızıldan, tamamilə əl işi olaraq hazırladım.